Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir
Bakıda Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası keçirilir. SİA xəbər verir ki, tədbirdə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının və 50-yə yaxın Avropa ölkəsinin təmsilçiləri iştirak edirlər.
İki ildən bir təşkil olunan assambleyada növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, federasiyaların inkişaf istiqamətləri üzrə müzakirələr həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə