İsraildək futbol matçları "sonrakı xəbərdarlığa qədər" ləğv edildi
Yaxın vaxtlarda İsraildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) himayəsi altında oyunlar keçirilməyəcək.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın məlumatında deyilir.
"İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın İcraiyyə Komitəsi təşkilatın himayəsi altında keçirilən turnirlərin növbəti xəbərdarlığa qədər ölkədə oynanmayacağına qərar verib", - deyə məlumatda bildirilir.
İsrail komandalarının avrokuboklarda gələn həftəyə planlaşdırılan oyunları təxirə salınıb. Oktyabrın 26-da “Makkabi Hayfa” Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə İspaniyanın “Vilyarreal”ı ilə qarşılaşmalı idi. Həmin gün Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Təl-Əviv “Makkabi”si Ukraynanın “Zorya” klubunu qəbul etməli idi.
Əvvəllər hər iki İsrail klubu bu oyunları təxirə salmaq xahişi ilə UEFA-ya müraciət etmişdi, lakin “Zarya” mürəkkəb logistika və daxili yarışlara etinasızlıq göstərmələri səbəbindən transfer ideyasını qəbuledilməz adlandırıb. UEFA-nın qərarından sonra "Makkabi Tel-Əviv” - "Zorya" matçı noyabrın 25-də, "Makkabi Hayfa" - "Vilyarreal" matçı isə dekabrın 6-da keçiriləcək.
Eyni zamanda, İsrail klublarına UEFA qaydalarına uyğun gələn və ölkələrindən kənarda yerləşən matçların keçirilməsi üçün alternativ stadionlar təklif olunub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB