“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. SİA klubun saytına istinadən xəbər verir ki, komanda fransalı müdafiəçi Silvayin Deslandeslə bu mövsümün sonunadək müqavilə imzalayıb.
26 yaşlı adıçəkilən futbolçu klubda 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB