“Təbii ki, futbolda uğursuz oyunlar, məğlubiyyətlər olur. Amma hər məğlubiyyət onu deməyə əsas vermir ki, “Qarabağ” zəif klubdur. Doğrudur, hazırda “Qarabağ”ın hücum xəttində problemlər var”. Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov deyib.
Onun sözlərinə görə, Kadi Borqesdən sonra hələ də onun doldura bilməyiblər: “Düşünürəm ki, bu iki mövqeyi gücləndirə bilsələr, “Qarabağ” elə əvvəlki komandadır. Demək olmaz ki, “Köhlən atlar” zəifləyib. Ola bilər ki, mərhələni keçə bilməyiblər. Bu hər klubun başına gələ bilər. Futbolda bunlar normal haldır. Azarkeşlər səbirli olmalıdır. Düşünürəm ki, “Qarabağ” boş qalan mövqelərə futbolçular gətirəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB