"Çalışmalıyıq ki, valideynlər uşaqları idmandan uzaqlaşdırmasın" - Qabriela Ramos

"Çalışmalıyıq ki, valideynlər uşaqları idmandan uzaqlaşdırmasın" - Qabriela Ramos

"Biz nəzərdə tuturuq ki, hər gün məltəblərdə 30 dəqiqəlik bədən tərbiyəsi keçirilsin". SİA xəbər verir ki, bu sözleri UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos iyunun 27-də Bakıda keçirilən MİNEPS VII Konsfransının açılış mərasimindən sonra dərhal təşkil olunan mətbuat konfransında qeyd edib.

Q. Ramos bildirib ki, bunun üşün peşəkar məşqçilərə ehtiyac var: "Bəzən valideynlər deyirlər ki, uşağım idman dərsinə girməsin. Elə bir iş aparmalıyıq ki, valideynlər bunu etməsin".

"Kiberidman məsələsi ilə bağlı xüsusi bir federasiya var. Onların 3.5 milyard iştirakçıları var. Bu çox böyük bir rəqəmdir"- deyə baş direktorun müavini əlavə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə