Bədii gimnastika üzrə açıq məktəb birinciliyi keçiriləcək

Bədii gimnastika üzrə açıq məktəb birinciliyi keçiriləcək

3 və 4 iyun tarixlərində İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi bədii gimnastika üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş açıq məktəb birinciliyi keçiriləcək. SİA xəbər verir ki, yarışda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Su İdmanı Sarayı, Şağan Olimpiya İdman Kompleksini təmsil edən 127 nəfər fərdi gimnast və 10 qrup komandası mübarizəyə qoşulacaq.

Yarışda idmançılar fərdi (balacalar – 2013, 2014, 2015, 2016-cı il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü, gənclər - 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2013-2015-ci il təvəllüdlü, yeniyetmələr - 2011-2012-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Bütün iştirakçılara uğurlar arzu edirik !

Bütün xəbərlər Facebook səhifəmizdə