Xətər sovuşur?

Karlo Ançelottinin “Real Madrid”lə müqaviləsi gələn ilin iyun ayının sonuna qədərdir. Amma cəmi bir neçə həftə əvvəl yerli media əməkdaşlığa vaxtından əvvəl xitam verilə biləcəyi barədə yazılar yazırdı.

Səbəb isə, klub rəhbərliyinin 63 yaşlı italiyalı məşqçidən komandanın tutduğu istiqamətdən narazılıq idi.

SİA-nın əldə etdiyi məlumata görə, hətta onun yerinə kimin gələ biləcəyi ilə bağlı namizədlər də var idi.

Amma bu arada İspaniyanın idman saytlarından olan “Relevo” vəziyyətin yaxşılaşdığını iddia edir. Ançelotti ən çətin anından xilas oldu. O, Kral Kubokunun finalına və Çempionlar Liqasının yarımfinalına yüksəlməklə özünə inamı bərpa edib. Bunun sayəsində o, növbəti mövsümdə də Madriddə çalışacağına əmin ola bilər. Klubdakı portal mənbələri hətta onu ideal məşqçi adlandırırlar.

Ançelotti özü mütəmadi olaraq “Real Madrid” ilə müqaviləsini yerinə yetirmək istədiyini deyirdi. İşəgötürən istəsə, komanda ilə işləməyə davam edəcəyini söylədi.

Heç kimə sirr deyil ki, Braziliya Futbol Assosiasiyası ona milli komandanın cilovunu həvalə etmək istəyir.

La Liqada “Real Madrid” yalnız ikinci yeri qorumağa diqqət edə bilər.

Məsələ bundadır ki, hazırda madridlilər mövsümün sonuna doqquz oyun qalmış "Barselona"dan on bir xal geri qalırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə