"Beynəlxalq idman qurumları Ermənistana sanksiyalar tətbiq edə bilər" - QURUM RƏSMİSİ AÇIQLADI

"Ermənistan dövləti beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə hörmətlə yanaşmadığını bir daha sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan respublikasının Gənclər və İdman nazirliyinin mətbuatla əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, Ermənistan özünün verdiyi təhlükəsizlik təminatına belə riayət etmirsə beynəlxalq yarışlara ev sahibliyi etməsi düzgün deyil: "Əlbəttə, beynəlxalq idman qurumları Ermənistana müxtəlif sanksiyalar tətbiq edə bilər. Bu addımlar arasında Beynəlxalq qurumların bu hadisəni pisləyən bəyanatları, Ermənistan tərəfinin cərimə edilməsi və beynəlxalq yarışların təşkilinin həmin ölkəyə həvalə edilməməsi ola bilər. Düzdür, artıq bir sıra beynəlxalq qurumlar Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı baş vermis hadisəni pisləyiblər. Lakin bundan sonrakı müddətdə Ermənistanın beynəlxalq qurumlar tərəfindən daha çox qınaq obyektinə çevriləcəyini, eyni zamanda müvafiq addımların atılacağını gözləmək olar".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə