Ermənistanın növbəti barbarlığına İDMAN İCTİMAİYYƏTİ MÜNASİBƏT BİLDİRDİ - SORĞU

Ermənistan dövləti hər zaman olduğu kimi öz barbarlığını və nə qədər vandal bir dövlət olduğu birdaha sübut etdi. Belə ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib. Bununla əlaqədar olaraq Ağırlıq qaldırma üzrə Azərbaycan millisi iştirakdan imtina edərək Vətənə dönüb. Bəs beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansısa bir xəbərdarlıq edildi? Ümumilikdə baş verən hadiə ilə bağlı hansı ölkələr etiraz bildirdi? Məsələ ilə əlaqədar olaraq SİA idman ictimaiyyəti arasında sorğu keçirib.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla: “Ermənistanda təşkil olunmasına uğursuzcasına cəhd göstərilən beynəlxalq turnirdə bayrağımıza münasibətdə nümayiş etdirilən hörmətsizlik, şübhəsiz ki, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır. Bu ədəbsizlik dövlətimizin atributuna qarşı törədilən akt olmaqdan əlavə, həm də Ermənistanın hər hansı beynəlxalq tədbirin təşkil olunmasına sözün bütün mənalarında hazır olmadığının əyani sübutudur.

Ümidvarıq ki, istər idman federasiyaları, istərsə də digər sahələrdə fəaliyyət göstərən təşkilatlar Ermənistanda hər hansı tədbirin keçirilməsi barədə təkliflərə münasibət bildirərkən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağına qarşı törədilmiş hörmətsizliyi mütləq nəzərə alacaqlar. Qitəmiqyaslı bir turnirdə iştirakçı ölkənin bayrağının yandırılması, ardınca Azərbaycan və Türkiyə bayraqlarının yararsız hala salınaraq nümayiş etdirilməsi bu işə qol qoyanların sağlam məntiqlə deyil, sivilizasiyadan uzaq qəbilə təfəkkürü ilə hərəkət etdiyini göstərir”.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı: “Baş verən hadisəyə izah vermək çətindi. Müasir dövrdə belə bir hala şahidlik etmək dəhşətdi. Bu rüsvayçılığın analoqu yoxdu. Onların bizə qarşı hədsiz nifrət etdiyini bilirik. Ancaq bu səviyyədə acizlik nümayiş etdirəcəklərini şəxsən mən gözləməzdim. Axı ermənilər daim özlərini ali irq, seçilmiş millət kimi təqdim edirlər. Baş verənlər isə əsl simalarını ortaya qoydu. Bu, barbarlıqdan başqa bir şey deyil. Ümid edirəm ki, hər kəsin gözü önündə baş vermiş rəzilliyə ədalətli, hüquqi qiymət veriləcək və Ermənistan təşkilatçı kimi öhdəliklərini yerinə yetirmədiyi üçün layiqli cəzasını alacaq. Fikrimcə, Ermənistan bir neçə illik iri miqyaslı idman yarışlarının təşkilatçılıq hüququndan məhrum edilməlidi. Bundan başqa maliyyə sanksiyası da tətbiq etmək zəruridi”.

Azərbaycan Stolüstü Federasiyasının mətbuat katibi Tural Xudiyev: “İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində baş verən hadisə tək Azərbaycana qarşı deyil, ümumilikdə sivil mədəniyyəti təmsil edən dünya ictimaiyyətinə qarşı törədilmiş vəhşilk idi. Ermənistan bununla dünyəvi dəyərlərə olan rəzil münasibətini bir daha nümayiş etdirdi. Hökümət nümayəndələri, beynəlxalq idman qurumlarının rəsmiləri, müxtəlif ölkə təmsilçilərinin gözü qarşısında baş verən hadisə Ermənistanın sivil dünyanın kandarına belə layiq olmadığının bariz nümunəsi idi. Bu vəhşiliyi rəsmi İrəvanın siyasi arenadakı uğursuzluğunun idman səhnəsində davamı kimi qiymətləndirmək olar. Xain xislətini bir daha büruzə verən ermənilər nüfuzlu beynəlxalq idman tədbirlərinin təşkilinə layiq olmadıqlarını öz çirkin əməlləri ilə təsdiqlədilər. Ümid edirəm ki, bu hadisəyə beynəlxalq idman qurumları tərəfindən layiqli hüquqi qiymət veriləcək. Bu cür mötəbər yarışlar bir daha Ermənistana həvalə olunmayacaq”.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli: “Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağına qarşı olunmuş hörmətsizlik dünya ictimaiyyəti baxımından heç bir bəyan edilmədi. Bütün bunlar erməni millətinin vəhşiliyini göstərir. Xatırlıyırsınızsa 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunları zamanı boks idman növü ilə məşğul olan erməni idmançıya medal təqdim edərkən bizim cəmiyyət tərəfindən müəyyən səs-küy salınsada ölkə başçısı İlham Əliyevin bir baxışı ilə hər kəs sakit dayandı və o idmançı alqışlarla yola salındı. Çünki bu hərəkətin cavabı yoxdur. Ermənilər çox gözəl bilirdilər ki, bizim idmançılarımız çempionatda qalib olacaq, orada Azərbaycan bayrağı yüksələcək və Dövlət Himnimiz səslənəcək. Buna görə də onlar öz əməllərindən geri qalmadılar. Mən yenə də bütün idmançılarımıza səslənərək demək istərdim ki, heç də həvəsdən düşməyin, bu son deyil və gələn yarışlara daha böyük həvəslə hazırlaşın”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə