"Qarabağ"ın məğlub olmasının səbəbi nə idi? - BAŞ MƏŞQÇİ DANIŞDI

“Əlbətdə hər bir şeyin sonu var. Məğlubiyyət də, qələbə də əbədi deyil”. Bu sözləri SİA-ya açıqlamasında “Səbail” futbol komandasının baş məşqçisi Şahin Diniyev bildirib.

Baş məşqçi qeyd edib ki, “Qarabağ” komandası bu qədər böyük zaman ərzində məğlubiyyətsiz gedirdi: "Təbii ki, "Qarabağ"ın uduzacağı bir matç deyildi. Çatışmayan cəhədlərdən biri də “Sabah” komandasının böyük motivasiya ilə meydana çıxması idi. Onlar meydanda sanki hər dəqiqə vuruşurdular. "Qarabağ" öz səviyyəsini qoruyurdu, ustalıqla hesabı götürmək istəyirdi, “Sabah” buna imkan vermədi. Birinci hissə də “Qarabağ” komandasının 2 qol vəziyyətindən istifadə edə bilmədi. Sadəcə olaraq uğurlu qol olmadı. Deməzdim “Qarabağ” məğuliyyətə layiq idi. Lakin "Sabah" komandası da qalib gəlməyə layiq bir oyun nümayiş etdirdi”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə