"İdmançılarımıxın geri dönməsi düzgün qərardır" - ELNUR MƏMMƏDLİ

"Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağına qarşı olunmuş hörmətsizlik dünya ictimaiyyəti baxımından heç bir bəyan edilmədi". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib.

Qurum rəsmisi qeyd edib ki, bütün bunlar erməni millətinin vəhşiliyini göstərir: "Xatırlıyırsınızsa 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunları zamanı boks idman növü ilə məşğul olan erməni idmançıya medal təqdim edərkən bizim cəmiyyət tərəfindən müəyyən səs-küy salınsada ölkə başçısı İlham Əliyevin bir baxışı ilə hər kəs sakit dayandə və o idmançı alqışlarla yola salındı".

Elnur Məmmədli idmamçılarımızın ölkəyə dönməsinin düzgün qərar olduğunu vurğulayıb: "Çünki bu hərəkətin cavabı yoxdur. Ermənilər çox gözəl bilirdilər ki, bizim idmançılarımız çempionatda qalib olacaq, orada Azərbaycan bayrağı yüksələcək və Dövlət Himnimiz səslənəcək. Buna görə də onlat öz əməllərindən geri qalmadılar. Mən yenə də bütün idmançılarımıza səslənərək demək istərdim ki, heç də həvəsdən düşməyin, bu son deyil və gələn yarışlara daha böyük həvəslə hazırlaşın".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə