"Baş verənləri erməni cəmiyyəti alqışla qarşıladı" - QURUM RƏSMİSİ AÇIQLADI
"Bayraq namusumuz, qeyrətimiz və şərəfimizdir. Biz hamımız bayrağımızı yüksəltmək üçün çalışırıq". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat rəhbəri Kənan Məstəliyev bildirib.
Qurum rəsmisi Azərbaycan bayrağına qarşı edilmiş hər hansısa bir hərəkətin yolverilməz olduğunu qeyd edib: "Hadisə baş verdiyi andan etibarən biz öz reaksiyamızı bildirdik. Çünki bu cür hadisələr qəbul edilməzdir. Bizim komandamıza təhlükəsizlik təminatı verən dövlətin başçısının düz yaxınlığında yerləşən bir ərazidə öz qonağınım bayrağı yandırılır. Lakin buna heç bir reaksiga verilmir. Bu vandalığı eləmiş bir şəxsə isə İrəvan cəmiyyətinin münasibəti bir mənalı şəkildə olmur. Hətta əksi olaraq bu hadisəni törədilmiş şəxs ermənilər tərəfindən böyük bir alqışla qarşılanır.
K. Məstəliyev sözlərinə belə davam edib: "Bütün baş verənlər onu deməyə əsas verir ki, ermənilər hələ də sülh istəmirlər və bizə qarşı böyük bir nifrətləri var. Təbii ki, bu hadisə baş verən an qərar aldıq ki, biz İrəvanda qala bilmərkk və buranı tərk etməliyik. Dövlət başçımız İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk ki, bu xəbəri eşidən an bizə şərait yaratdılar ki, ölkəmizə qayıda bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB