Dünya Kubokunda iştirak edəcək gimnastlar bəlli olub - QURUMDAN AÇIQLAMA

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub. Qurumdan SİA-ya verilən məlumata görə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri, fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva 14-16 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək Dünya kubokuna yola düşüblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə