Azərbaycanlı gimnast Fransada gümüş medala layiq görülüb - FOTOLAR
Bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.
Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.
Qurumdan verilən məlumatda bildirilir ki, ötən gün gimnastımız çoxnövçülük proqramında da gümüş medal qazanmışdı. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala sahib çıxıb.
İdmançılarımızı təbrik edirik!
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB