Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları keçirilib.

Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

Qurumdan verilən məlumata görə, günün ilk oyununda "BBA" - "AZE U-16" komandaları qarşılaşıb. Bu görüşdə "BBA" komandası 61-37 hesablı qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb. Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubokun növbəti finalçısı olub. Günün ikinci oyununda "ALOV" komandası "PH" basketbolçuları ilə üz-üzə gəlib. "ALOV" komandası rəqibi üzərində 48-46 hesablı qələbə qanaraq, qrupda 3-cü pillənin sahibi olub.

Qeyd edək ki, kubokun final görüşü 10 aprel saat 21:15 -də start götürəcək və federasiyanın rəsmi "Youtube" hesabından canlı yayımlanacaq

Bütün xəbərlər Facebook səhifəmizdə