Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub - QURUMDAN AÇIQLAMA

"Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib".

Bu barədə SİA-ya açıqlamasında ACF-dən məlumat verilib.

Qurumdan verilən məlumata görə, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub: "İdmançılar turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Turnirin ikinci günündə isə oğlanların yarışında 73 kq çəkidə Süleyman Şükürov, 81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandanın aktivinə 3 qızıl medal yazdırıblar. 81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.

73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. 90 kq çəkidə mübarizə aparan Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə