Qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunda növbəti qrup oyunları baş tutub

Qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunda növbəti qrup oyunları baş tutub

Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları keçirilib. Günün ilk oyununda "AZE U-16" - "ALOV" komandaları qarşılaşıb. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib. Bu görüşdə "AZE U-16" komandası 104-43 hesabı ilə rəqibinə qalib gəlib. Günün ikinci oyununda, "BBA" komandası "PH" kollektivi ilə üz-üzə gəlib. "BBA" komandası rəqibi üzərində 64-25 hesablı qələbəyə sevinib. Bu nəticələrdən sonra "AZE U-16" adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə