Gəncə stadionunun ot örtüyü ilə bağlı son vəziyyət AÇIQLANDI - QURUMDAN MÜNASİBƏT BİLDİRİLDİ

Son günlər Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı mediada iradlar üzə çıxıb. Bu halın aradan qaldırılması istiqamətində isə müzakirələr aparılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən SİA-ya bildirib ki, sözügedən stadion Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə