Güləş üzrə milli yığmamız Avropa çempionatına necə hazırlaşır? - QURUM RƏSMİSİ AÇIQLADI
"Güləş üzrə hər 3 yığma komandamız istər Bakıda, istərsə də, ölkə xaricində təlim-məşq toplanışı keçiblər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı bildirib.
Qurum rəsmisi bildirib ki, yunan-Roma güləşi üzrə yığmamız fevralda ilin ilk reytinq turnirində iştirak edərək, 20-dən çox ölkənin iştirak etdiyi təlim-məşq toplanışında iştirak etdilər: "Bu təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdur. Daha sonra yığmamız ölkəyə gələrək öz məşqlərini vətənda davam etdirdilər. Mart ayında isə yığmamız Gürcüstanda yüksək dağlıq şəraitində təlim-məşq toplanışı keçərək, fiziki hazırlıq üzərində işlədilər. Hazırda isə Aprelin 17-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq Avropa çempionatı hazırlaşırlar. Sərbəst güləş üzrə milli komandamız isə Zaqrep Oper turnirində iştirak etdikdən sonra Dağıstanın Mahacqala şəhərində təlim keçdilər. Daha sonra isə Bakıya gələn Amerikalı fiziki hazırlıq üzrə mütəxəsissin rəhbərliyi altında həm yunan-Roma, həm də sərbəst güləş üzrə yığmamız təlim-məşq toplanışında iştirak etdilər. Qadınlardan ibarət milli komandamız isə martın 28-də aprel ayının 8-dək 4-5 komandanın iştirakı ilə təlim-məşq toplanışında iştirak edəcəklər. Burada taktiki və texniki çalışmalara üstünlük verilir. Hər bir komandamızın təlim-məşq toplanışı bitdikdən sonra BAkıdan Avropa çempionatına yola düşəcəklər".
S.Musalı Avropa çempionatında hansı heyətin iştirak ilə bağlı sualımızı cavablandırıb: "Avropa çempionatında hansı heyyətin iştirak edəcəyi ilə bağlı dəqiq bir məlumat yoxdur. Lakin 10 nəəfr sərbəst, 10 nəfər yunan-Roma, 8 nəfər isə qadın güləşçilərimizin iştirakı nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB