Qadın basketbolçular araaında Azərbaycan Kuboku keçiriləcək - FOTOLAR
3 aprel tarixində, qadınlar arasında ilk dəfə olaraq basketbol üzrə Azərbaycan Kubokunun oyunlarına start veriləcək. "BBA", "ALOV", "PH" və "AZE U-16" komandalarının iştirak edəcəyi Azərbaycan Kubokunda oyunlar dairəvi sistemdə keçiriləcək və turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanacaqlar. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib. Final qarşılaşması 10 aprel tarixində oynanılacaq.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçiriləcək və federasiyanın rəsmi "youtube" hesabından canlı olaraq basketbol sevərlərə təqdim olunacaq
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB