Basketbol üzrə federasiya prezidentləri Parisdə görüşdülər - FOTOLAR
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Fransaya səfəri zamanı Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüş keçirib. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.
Parisdə keçirilən görüş zamanı iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsinin aparılması və qarşıdakı planlar barəsində söhbət baş tutub. Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər. Sonda qeyd edək ki, may ayında Almaniyanın Münhen şəhərində keçiriləcək seçkilərdə FİBA-nın Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz cənab Jan-Piyer Siyutadır.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB