Şəhriyar Məmmədyarov Özbəkistana yollandı

Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

Yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcək. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.

Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə