"Hesabın heç-heçə ilə bitməsi bizim üçün ən yaxşı nəticə ola bilər" - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

“Bu gün Azərbaycan millisi İsveç yığmasının qonağı olacaq. Bir azərbaycanlı olaraq öz vətənimiz üçün oyunun uğurlu keçməsini gözləyirəm”. Bu sözləri SİA-ya açıqlamasında “Səbail” futbol komandasının baş məşqçisi Şahin Diniyev bildirib.

Onun sözlərinə görə, Avstriya yığması ilə oyundan sonra komandanın psixoloji cəhətdən toparlanması lazımdır: “Məhz bu səbəbdən bugünkü oyun milli üçün çətinlik yarada bilər. İsveç yığmasıda bundan öncə oyunda Belçika yığmasına böyük hesabla uduzub. Fikrimcə, Azərbaycan bugünkü oyunda Avstriya ilə oynadığı matçın ilk 15 dəqiqənin davamını gətirə bilsə uğurlu nəticə əldə etmək olar. Lakin bugünkü güclər çox fərqlidir ona görə də hesabın bizdən yana olması real görünmür. İsveç Avropanın ən öndə gedən millilərindəndir Düşünürəm ki, hesabın heç-heçə ilə bitməsi bizim üçün ən yaxşı nəticə ola bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə