Sabahki oyunda hansı futboıçular yer alacaq? - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Stadionda çox gözəl abu-hava hiss olunur. Bunun üçün təşkilatçılara öz minnətdarlığımı bildirirəm". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi sabah onları qardaşlıq oyununun gözlədiyini bildirib: "Düşünürəm ki, bütün azərkeşlər üçün maraqlı qarşılaşma olacaq. Təbii ki, matçımızın əsas məqsədi xeyriyyə ilə əlaqədardır. Çox istərdim ki, sabahkı oyunumuz xoş təəssüratla bitsin".

Qurban Qurbanov Azərbaycan xalqı olaraq Türkiyənin hər zaman yanında olduğumuzu bildirib:" Türkiyədə baş verən zəlzələ nəticəsində həyatınl itirən bütün insanlara Allahdan rəhmət diləyirik. Allah bütün zərər çəkən insanların yardımı olsun".

O, sabahki oyunda keçmiş "Qarabağ" klubunun oyunçularınında iştirak edəcəyini qeyd edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə