“Barselona” bir qolla qalib gəldi

“Barselona” bir qolla qalib gəldi

“Barselona” futbol üzrə İspaniya çempionatının 24-cü turunda “Valensiya”ya qalib gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, “Spotify Camp Nou” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Barçanın tərkibində topu 16-cı dəqiqədə Rafinya vurub. 59-cu dəqiqədən Xavinin yetirmələri azlıqda qalıblar. Belə ki, komandanın müdafiəçisi Ronald Arauxo birbaşa qırmızı vərəqə aldı.

Qeyd edək ki, hazırda “Barselona” 62 xalla La Liqa cədvəlinə başçılıq edir.

“Valensiya” isə 23 xalla sonuncudan əvvəlki 19-cu yerdədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə