“Konyaspor” İlhan Palutla yollarını ayırıb

“Konyaspor” İlhan Palutla yollarını ayırıb

Təcrübəli çalışdırıcı “Konyaspor” ilə bu mövsüm liqada 18 oyunoa 6 qələbə, 9 heç-heçə və 3 məğlubiyyətə imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, 27 xalı olan yaşıl-ağlar 7-ci yerdə qərarlaşıb.

Təcrübəli məşqçi liqanın 19-cu turunda “Beşiktaş”a 2:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, 2021-ci il fevralın 9-da “Konyaspor”da vəzifəyə başlayan 46 yaşlı İlhan Palutun idarə etdiyi komanda ötən il liqanı 3-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasında mübarizəyə vəsiqə qazanmışdı.

İlhan Palutun ayrıldığı “Konyaspor” serb baş məşqçi Aleksandar Stanojeviçlə prinsipial razılığa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə