"Beşiktaş"dan xal itkisi

Türkiyə Superliqasında 15-ci turun oyunları keçirilir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün "Beşiktaş" "Qaziantep"in qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb.

"Qaziantep" - "Beşiktaş" - 1:1

Qollar: Fiqeyredo, 71 (1:0), Veqhorst, 86 (1:1)

Xal itkisi ilə üzləşən "Qara qartallar" 23 xalla 7-ci sırada qərarlaşıb. "Qaziantep" isə 17 xalla 10-cudur. Turnir cədvəlinə 29 xalla "Fənərbaxça" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə