Şəhriyar Məmmədyarov 3-cü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” blits turnirində çıxışlarını başa vurub. SİA Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, o, yarışın ikinci günündə daha doqquz oyun keçirib. Məmmədyarov görüşlərindən birini qələbə, beşini heç-heçə ilə başa vurub, üç görüşdə isə məğlub olub. Bu nəticə ilə xallarının sayını 9,5-ə çatıran təcrübəli qrossmeysterimiz turniri üçüncü sırada tamamlayıb.

Qalib 12,5 xalla hindistanlı Arcun Eriqaisi olub. Ondan bir xal geri qalan ABŞ təmsilçisi Hikaru Nakamura isə ikinci yeri tutub.

Xatırladaq ki, Məmmədyarov daha əvvəl “Tata Steel İndia”da rapid yarışında qüvvəsini sınayıb və altıncı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə