Pablo Maçin Elçeni qəbul etdi

İspaniyanın “Elçe” klubunun rəsmi saytının məlumatına görə, komandanın yeni baş məşqçisi Pablo Maçin olub. 47 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb, lakin ispaniyalı ağ-yaşılıları aşağı liqaya düşməkdən xilas etsə, bu müqavilə uzadıla bilər.

SİA xəbər verir ki, hazırda 4 xalı olan “Elçe” 14 turdan sonra aktivində bir dəfə də olsun qələbə qazana bilməyib. Belə ki, komanda 17-ci pillədən 8 xal geridə qalaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xatırladaq ki, maçin bundan əvvəl İspaniyanın “Numansiya”, “Jirona”, “Sevilya”, “Espanyol” və “Alaves”, həmçinin Səudiyyə Ərəbistanının “Əl Ayn” və “Əl Raed” komandalarına rəhbərlik edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə