"Çağdaş ədəbiyyatımızda dil və üslub" adlı seminar keçiriləcək - ANONS

Mayın 19-u Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar keçiriləcək. SİA xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd müasir ədəbiyyatımızın redaktə, korrektə, tərcümə və sair kimi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılmasıdır.
Elmi-praktik seminarın məruzəçiləri və edəcəkləri məruzələr:
- “Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar” – Rafiq İsmayılov, “Altun” nəşriyyatının direktoru;
- “Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?” – Etimad Başkeçid, şair, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı;

- “Tərcümə mətnlərində redaktə məsələləri” – Seyfəddin Hüseynli, ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə