YAP Qaradağ rayon GB-nin üzvləri Xocalı soyqırımını ağacəkmə ilə yad ediblər - FOTOLAR

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanın bütün ərazisində, o cümlədən Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin üzvləri də iştrak ediblər.

Müxtəlif növ ağac əkən aksiya iştirakçıları bununla Ermənistan silahlılarının Sovet ordusunun Xankəndindəki 366-cı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Xocalı şəhərində yaşayan dinc sakinlərə qarşı törədilmiş qətliam - soyqırımı zamanı öldürülmüş insanların ruhunu yad etmiş olublar. YAP gənclərinin fəalları qeyd ediblər ki, Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsində tarixə qızıl hərflərlə yazılacaq Qələbə qazanıldı. 3 minə yaxın şəhidimizlə yanaşı, Xocalı soyqırımında həyatlarını itirən 613 xocalılının, itkin düşən yüzlərlə şəhər sakininin də ruhu rahatlıq tapa bilər. Onlar bu Vətən uğrunda canlarını fəda etdilər. Şəhidlərimizin ruhu daim hörmətlə anılacaq, xatirələri əziz tutulacaq.

Qeyd edək ki, YAP Qaradağ rayon təşkilatı belə aksiyaları mütəmadi olaraq keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə