İqtisadiyyat naziri Daşkəsənə səfərə gəlib - FOTOLAR

Sentyabrın 24-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gəlib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.

Daha sonra “Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib. “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov giriş nitqi ilə əhatəli çıxış edərək Prezident cənab İlham Əliyevin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin gedişatı barədə hesabat məruzəsini edib.

İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində “Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək səviyyədə işə salınacağını bildirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçı Əhəd Abıyev isə çıxışında deyib: “AzerGold” QSC-nin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və rayonda işsizliyin aradan qaldırılmasına səbəb olmuşdur. Şübhəsiz, Daşkəsənin dəmir filizi mədənləri də Çovdar qızıl mədənləri kimi müasir istehalat sahəsinə çeviriləcək, ərazidə işsizliyi tamamilə aradan qaldıracaq, bütövlükdə Azərbaycanımızın inkişafına, tərəqqisinə öz böyük töhfəsini verəcəkdir. Daşkəsənlilər möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın ətrafında həmişə olduğu kimi daha sıx birləşəcəklər. Rayonumuza göstəriləndiqqət və qayğıya görə bütün daşksənlilər adından ölkə rəhbərinə və hörmətli Nazir, Sizə dərin minnətdarlığımızı bildirik”.

Görüşdən sonra İqrisadiyyat naziri hörmətli Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək üçün “AzerGold” QSC-nin Daşkəsən rayonunun “Çovdar” qızıl mədəninə gedib.

Elmar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...