Səudiyyə Ərəbistanda Həcc ziyarəti başlayıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində ənənəvi Həcc ziyarəti başlayıb.

SİA-nın məlumatına görə, bu il koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrdən zəvvarların gəlişi qadağan edilib.

Hər il təxminən 2 milyon müsəlmanın iştirak etdiyi Həcc mərasimlərinə bu il yalnız 10 min Səudiyyə Ərəbistanı vətəndaşı qatılacaq.

Mərasim zamanı maska taxmaq və digər sanitar normalar zəruri olacaq.

2020-ci ildə Həcc mərasimi avqustun 2-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə