ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 işçisi koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub. SİA-nın məlumatına görə, bunu universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.

Onun sözlərinə görə, virusa yoluxan tibbi personalın 21-i reanimasiya şöbəsinin həkimidir.

G.Aslanova ATU-nun Tədris Terapevtik Klinikasında da tibbi personal arasında yoluxma hallarının olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə