“Uşaqları virtual dünyanın zərərindən qorumaq valideynin üzərinə düşən məsuliyyətdir. Lakin çox təəssüf ki, bəzən valideynlər uşaqları özlərindən uzaqlaşdırmaq üçün özləri onların internetdə olmasını təmin edir və balacaların hansı saytalardan istifadə və internetdən nə üçün istifadə etdiyinə nəzarət etmirlər”. Bunu SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, əslində valideynlər uşaqları gəzməyə, ticarət mərkəzlərinə apararkən necə müşahidə, nəzarət edirsə, rəqəmsal aləmdə də onlara eyni nəzarəti etməlidirlər: “Uşaqların internetdən müxtəlif səviyyədə qoruya bilərik. İlk növbədə bu qoruma dövlət tərəfindən görülən müəyyən tətbirlər sayəsində həyata keçirilir. Belə ki, 2020-ci ilin 1 yanvar tarixindən Azərbaycanda “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanun qüvvəyə minib. Bu qanuna əsasən, bir neçə dövlət orqanı tərəfindən Azərbaycan ərazisində dövriyyədə olan informasiya məhsullarının uşağın yaş kateqoriyasına uyğun təsnifatlaşdırılması məsələsinə nəzarət edilir”.
Şöbə müdiri söyləyib ki, ev şəraitində valideynlər uşaqlara nəzarət etmək üçün İT mütəxəssislərinin tövsiyələrindən istifadə etməlidirlər: “Əgər uşaq azyaşlıdırsa, onu geniş internet mühitinə buraxmaq düzgün sayılmır. Azyaşlılar üçün vaxt məhdudiyyətli avadanlıqlardan istifadə etmək daha uyğun sayılır. Azərbaycanda istehsal olunan, ümmumiyyətlə ölkə daxilində dövriyyədə olan bütün internet oyunlarında yaş həddi göstərilməlidir. Amma biz bilirik ki, uşağa nə qədər qadağa qoyulursa, ona yuxarı yaş informasiyaları daha maraqlı gəlir. Burada da “valideyn nəzarəti” adlı funksiya var. Hətta axtarış sisteminin özündə də valideyn nəzarəti funksiyası var ki, valideynlər ondan istifadə edə bilərlər”.
T. İbrahimova qeyd edib ki, əgər uşağın əlində internetə daxil olmaq üçün texnologiya varsa, o zaman valideynlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytında yer alan “seif kids” proqramını həmin avadanlığa yükləməklə uşaqlara nəzarət edə bilərlər: “Hətta valideyn uşağının hansı saytlara daxil olduğunu, hansı əməliyyyatlar etdiyini izləyə bilərlər. Düzdür izləmə prorqmlarından istifadə etmək uşaqlara qarşı etik olmasa da, valideynlər uşaqların xəbəri olmadan onları bu cür nəzarətdə saxlaya bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB