MM-in Toponomiya komissiyasının YENİ TƏRKİBİ

"Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

SİA-nın xəbərinə görə, Toponomiya komissiyasının yeni tərkibinin aşağıdakı kimi formalaşdırılıb:

- Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik);

- İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti);

- Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı);

- Sevinc Fətəliyeva (Milli Məclisin deputatı);

- Musa Quliyev (Milli Məclisin deputatı);

- Əziz Ələkbərov (Milli Məclisin deputatı);

- Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru);

- Ramiz Məmmədov (AMEA-nın Coğrafiya İnstitutunun direktoru);

- Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi );

- Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi);

- Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri).

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...