İntiqam Babayev: "Gənclərin elmə həvəsləndirilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir" AÇIQLAMA

"Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların elmə həvəsləndirilməsi ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

O, Azərbaycanda robototexnikanın inkişafında önəmli işlər həyata keçirildiyini və komandamızın ilk dəfə olaraq noyabrın 10-12-də Kosta-Rikada baş tutacaq Dünya Robototexnika Olimpiadasının finalında iştirak edəcəyini vurğulayıb: "Olimpiadanın finalında iştirak edəcək komanda bu gün keçirilən Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışından sonra müəyyənləşəcək. Bu yarışda 25 komanda mübarizə aparır. Burada əsas mövzu ekologiya ilə bağlıdır. Komandalar ana xətt üzrə ideyalarını ortaya qoyurlar. Biz Yaponiyadan beynəlxalq mütəxəssis də cəlb etmişik ki, gənclərimizə dəstək olsun. İctimai gənclər təşkilatlarından da partnyorlarımız var. Ən güclülər qalib gəlib Olimpiadada ölkəmizi təmsil edəcək".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə