Kəmaləddin Heydərov “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə, nazir Kəmaləddin Heydərov qonaqlara FHN-in fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində çoxşaxəli fəaliyyətə malik “Leonardo” şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Alessandro Profumo “Leonardo” şirkətinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB