Müasir Azərbaycan dövlətinin qurucusu, Ümumimilli Lider Heydər Əliyev dövlət quruculuğunda, Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında o cümlədən milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında misilsiz rol oynamışdır. Onun müəllifi olduğu 1995-ci ilin 12 noyabrında ümumixalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasinin 18 maddəsinndə "Din və dövlət" münasibətləri, 48-ci maddəsində isə "Vicdan azadlığı" təsbit olunmuşdur.
Ulu Öndər xalqin təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli mənəvi dəyərlərin möhkəmləndirilməsini və inkişaf etdirilməsini daima diqqət mərkəzində saxlayırdı. Azərbaycan xalqının mənəvi dəyərləri İslam dini üzərində formalaşıb. Uzun müddət Sovet İttifaqında ateizmin təbliğ edilməsinə baxmayaraq Azərbaycan xalqı dini dəyərlərini unutmadı.
Sovet Hakimiyyəti dövründə Azərbaycanda məscidlər, ibadətgahlar və pirlər dağıdılmış və digər məqsədlər üçün istifadə olunmuşdur. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev o dövürdə də imkan düşdükcə vəziyyətdən çıxış yolları axtarıb tapırdı. Bəzi yerlərdə ləğv olunmuş məscidlərin kitabxana adı ilə yenidən dindarların istifadəsinə verilməsi üçün şərait yaradırdı. Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev respublikamızda islami dəyərlərin bərpa olunması üçün dövlət səviyyəsinndə mühüm tıdbirlər görülməsini təmin etdi. Bütün regionlarda yeni məscidlərin tikintisi, mövcud olanların yenidən qurulması təmin edilmişdir. Müstəqilliyimizin ilk illərində cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi məscidlərin sayı 2050 çatıb. Ümumilli Lider İslam dininə, islam dəyərlərinə hörmətlə, inamla yanaşırdı. Onun təşəbbüsü ilə məşhur Bibiheybət məscidi yenidən tikildi. Bu onun İslam dininə olan inamının, etiqadının, sonsuz məhəbbətinin nəticəsi idi. Allaha böyük məhəbbətinin nəticəsi olaraq o müqəddəs Kəbəni ziyarət etmişdir. Ümumimilli Lider hər il Qurban bayramında, Qafqaz Müsəlmanları İdarəsində, Təzə-Pir məscidində yığıncaqlarda iştirak etmiş, xalqı təbrik etmişdir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olması islam aləmində, eləcə də beynəlxalq miqyasda Azərbaycan üçün geniş üfüqlər açmışdır. Ulu Öndərin səyləri nəticəsində respublikamızla bağlı bütün qətnamələrin bu təşkilat tərəfindən qəbul edilməsi İslam aləminin, bütün düyanın Azərbaycanın problemləri ilə daha yaxından tanış olması üçün şərait yaratmişdır. Prezident Heydər Əliyevin İƏT-in dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçrilmiş VII-ci və 1997-ci ildə Tehranda keçrilmlş VIII-ci zirvə konfransında şəxsən iştirakı, ordakı nitqi və keçirdiyi görüşlər İslam aləmində geniş reaksiyaya səbəb olmuşdur.
Azərbaycanda bütün dinlərin və millətlərin nümayyəndələri mehriban, sərbəst yaşayıb faliyyət göstərirlər. Azərbaycan Respublikasının Ptezidenti İlham Əliyev İslam dininə, islam dəyərlərinə dərin hörmətlə yanaşaraq, ölkədə tolerantlığı, multikulturalizmi daha da inkişaf etdirmək məqsədilə müvafiq sərəncamı ilə 2017-ci ili "İslam Həmrəyliyi" ili elan etmişdir.
Bütün İslam Dünyasının müsəlmanlarını bir araya gətirmək, onların arasında sülh, əmin-amanlıq, həmrəyliyi daha da möhkəmləndirmək məqsədi ilə bu ilin may ayının 12-22 də Bakı şəhərində IV-cü İslam Həmrəylik Oyunları keçriləcəkdir. Bu Oyunların Azərbaycanda keçirilməsi Azərbaycanı istəməyən, islamofob qüvvələrə ən tutarlı cavabdır. Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs respublikamızdakı reallıqları öz gözləri ilə görəcəklər. Çox təəsüflər olsun ki, İslam aləmini əhatə edən coğrafyada artıq uzun illərdir ki, qanlı müharibələr və münaqişələr davam edir. Aydındır ki, bu müharibələr, münaqişələr İslam dünyasının inkişafını istəməyən müxtəlif beynəlxalq qüvvələrin həyata keçirdikləri siyasətin nəticəsində baş verir. Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı əlaqələr, münasibətlər istənilən səviyyədə deyildir. Bu ölkələr arsındakı konfliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arsında dostluq münasibətlərinin yardılmasında, ümumilikdə İslam dünyasında həmrəyliyin gücləndirilməsində İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən 4-cü İslam Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün, iştirakşı dövlətlər üçün, İslam Dünyası üçün, həmdə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu Oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, bütün dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Bu bir daha sübut edir ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə dünyada İslam həmrəyliyinin dahada möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün öz imkanlarından, nüfuzundan istifadə edərək beynəlxalq miqyaslı tədbirləri uğurla həyata həyata keçirir və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Rauf Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB