DİN şəxsiyyət vəsiqələri payladı

1800 vətəndaş şəxsiyyət vəsiqəsi aldı

Daxili İşlər Nazirliyi (DİN) şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Quba, Qusar, Şamaxı, Masallı, Cəlilabad, Tovuz, Şəmkir, Ağsu, Zərdab və Samux rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı Quba rayonunda 848, Qusar rayonunda 281, Masallı rayonunda 340, Cəlilabad rayonunda 252, Tovuz rayonunda 478, Ağsu rayonunda 47, ümumilkdə, 2250-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib. Şəmkir rayonunda 1331, Şamaxı rayonunda 30, Zərdab rayonunda 68, Samux rayonunda isə 352 , ümumilikdə, 1800 nəfərə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə