Nazirlər Kabinetindən Bakıya buraxılmayan maşınlar haqda Açıqlama

Nazirlər Kabinetindən Bakıya buraxılmayan maşınlar haqda Açıqlama

"Bu qərar yalnız Yol Hərəkəti Təhlükəsizlik Komissiyası tərəfindən qüvvədən salına bilər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.

O bildirib ki, rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmasına qadağa qoyulmayıb: "Rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmasına müəyyən məhdudiyyət qoyulub. Bunu qadağa adlandırmaq olmaz. Bu məhdudiyyət müəyyən bir vaxt üçün tətbiq edilib. Məqsəd isə şəhərdəki transportu nizamlamaq və tıxacları azaltmaqdan ibarətdir".

Akif Əli bildirib ki, bu qərar Nazirlər Kabinetinin yanında Yol Hərəkəti Təhlükəsizlik Komissiyası tərəfindən qəbul edilib və yalnız bu komissiyanın qərarı ilə qüvvədən sala bilər: "Qərar Yol Hərəkəti Təhlükəsizlik Komissiyası tərəfindən verilib. Buna görə məhz onlar bu qərarı qüvvədən sala bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə