Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi "6 Aprel - Ümumdünya Fiziki Aktivlik Günü" münasibətilə Mərkəzi Qan Bankının Gəncə Bölməsi ilə birgə "Bir damlada həyat ver!" qanvermə aksiyası təşkil edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, dövlət rəsmilərinin və gənclərin iştirak etdiyi aksiyaya Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşıq da qatılıb.
Ofisin rəhbəri Aygün Həsənzadə aksiyanın keçirilməsinin əhəmiyyəti barədə çıxış edib, Gəncə şəhərində qan xəstəliklərindən əziyyət çəkən şəxslərin qan ehtiyatının təmin edilməsinə dəstək verdiklərini bildirib. Qeyd edib ki, bundan sonra Mərkəz mütəmadi olaraq, belə aksiyaları davam etdirəcək və gəncləri hər zaman sağlamlıq təşəbbüslərində fəal olmağa səsləyəcək.
Digər çıxış edən qonaqlar da aksiyanın region gənclərinin sağlamlıqlarına diqqət artırılması baxımından əhəmiyyətli olduğu vurğulayıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasını yüksək qiymətləndiriblər.
Daha sonra aksiya öz işinə başlayıb, yüzlərlə gənc qan verib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB