Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri davam edir. Dekabrda keçiriləcək seçkilərə hazırlıqla əlaqədar görülən işlərdən danışan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynovun verdiyi məlumata görə, namizədlərin irəli sürülməsi üçün artıq sənədləşmə prosesinə başlanılıb. Bələdiyyə üzvlüyünə 273 yerə YAP Ağsu rayon təşkilatı tərəfindən 273 nəfərin namizədliyinin irəli sürülməsi nəzərdə tutulub. Bunlardan 70-ə yaxını qadın, 74 nəfər isə gənclərdir. Ümumilikdə rayon üzrə 31 bələdiyyəyə seçkilər keçiriləcək.
YAP Ağsu rayon təşkilatının sədri vurğulayıb ki, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə namizədliyi irəli sürülən partiya üzvlərinin imzatoplama kampaniyasına başlanılıb: "Artıq imza vərəqələri paylanılıb. Seçki Məcəlləsində nəzərdə tutulan maddələrə əsasən başlanan imzatoplama kampaniyasının əhəmiyyətini aydın dərk edən rayon sakinləri yaxşı bilirlər ki, Azərbaycanın gələcəyi bu gün vətəndaşlıq məsuliyyətini dərindən dərk edən hər bir insanın düzgün seçimindən asılıdır".
Ə.Hüseynov vurğulayıb ki, 261 imza vərəqəsi götürülüb. Götürülmüş 261 imza vərəqlərindən 148 imza vərəqi artıq doldurularaq 87 saylı Dairə Seçki Komissiyasına namizədlərin qeydiyyatı üçün təqdim olunub.
Qeyd edək ki, Ağsuda imzatoplama kampaniyası davam edir. YAP Ağsu rayon təşkilatının sədri əlavə etdi ki, dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətci səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxlər müəyyənləşdirilib, onların siyahıları partiyanın icra katibliyinə göndərilib. Belə ki, rayon üzrə 56 seçki məntəqəsinə 56 məşvərətçi səs hüququlu üzv, 56 müşahidəçi artıq müəyyən olunub.
YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov qeyd edib ki, YAP Mərkəzi Aparatı tərəfindən verilmiş təlimatlara uyğun olaraq Ağsu rayon təşkilatında işlər davam etdirilir.
Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB