Qəhrəmanlar unudulmur!

Bu gün Milli Qəhrəman Səxavət Məhərrəmovun doğum günüdür. Səxavət Ələmdar oğlu Məhərrəmov 1973-cü il dekabrın 5-də Qərbi Azərbaycanın Amasiya rayonu Qaraçanta kəndində anadan olub. O, ermənilərin məcburi deportasiya siyasəti nəticəsində 1988-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb gəlib, Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşıblar, 1991-ci ilin noyabrında könüllü olaraq Milli Ordu sıralarına daxil olub, döyüş bölgələrində sücaətlə vuruşub, 1992-ci il iyunun 27-də Ağdərənin Möhrətağ kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə