İtaliyalı şairin Xocalı şeiri

İtaliyalı şair və bəstəkar Davide Qualtierinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edirik.

XOCALI

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahcız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…

Elə bil muncuq
üzüldü sapından
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər -
cani!
bu zülmü görənlər -
cani!
görüb-götürənlər -
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…

Bütün xəbərlər Facebook səhifəmizdə