Bakıda elektron köşklərin quraşdırılması başa çatdırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakıda elektron köşkün-multimediyalı taksofonlarının quraşdırılmasını başa çatdırıb. SİA-nın xəbərinə görə, ilkin olaraq paytaxtda 100 elektron köşk-multimediyalı taksofonlar quraşdırılıb.

Multimediyalı taksofonlar vasitəsilə xidmətlərin göstərilməsi həm iri əskisnaslardan və sikklərdən istifadə etməklə, eləcə də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilir. Multimediyalı qurğular özündə taksofon və kompyuterin funksiyalarını birləşdirir. Qurğu Bluetooth və USB portları ilə təchiz olunub. Adi telefon xidmətləri ilə yanaşı qurğu yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir, İnternet şəbəkəsinə çıxmağa, elektron poçt göndərməyə, videoçarxlara baxmağa və digər imkan verir.

Elektron köşklər Bakının mərkəzi küçələrində, adamların kütləvi şəkildə toplaşdıqları yerlərdə, Bakı metropolitenində, Milli Dənizkənarı Parkda və "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi yerin yaxınlığında yerləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə