Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis qurultayı keçiriləcək
Martın 12-də Bakı şəhərində Dünya Azərbaycanlı Gəncləri Birliyinin (DAGB) təsis qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilən diaspor qurumlarının, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclər, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə və qonaqların iştirakı nəzərdə tutulub.
Təsis
qurultayında Dünya Azərbaycanlı Gəncləri Birliyinin Nizamnaməsi qəbul olunacaq,
DAGB-in rəhbər orqanları seçiləcək, xaricdə yaşayan azərbaycanlı gənclərin
təşkilatlanması və cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi,
Azərbaycan lobbi quruculuğu gənclərin baxış bucağında və s. mövzular ətrafında
müzakirələr aparılacaqdır.
Xatırladaq ki, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultrayının qətnaməsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB