Sabah Şəkidə 8 kəndin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Aşağı Göynük, Köndələn, Abbaskənd, Birinci Biləcik, İkinci Biləcik, Baş Göynük, Qumux və Baş Layısqı kəndlərinin qazla təchizatında fasilə yaranacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB