Sabah Şəkinin 8 kəndi qazsız qalacaq - XƏBƏRDARLIQ

3 Sentyabr 2026 23:18 (UTC+04:00)

Sabah Şəkidə 8 kəndin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Şəki rayonunun Aşağı Göynük, Köndələn, Abbaskənd, Birinci Biləcik, İkinci Biləcik, Baş Göynük, Qumux və Baş Layısqı kəndlərinin qazla təchizatında fasilə yaranacaq.

Mətləb