Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri vəfat edib

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri vəfat edib

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov vəfat edib. SİA xəbər verir ki, keçmiş nazir uzun illərdir yaşadığı İsveçrənin Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.

Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə